Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, CEV-in Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişmana Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə etimad göstərilib. Belə ki, M.Frişman qadın voleybolçular arasında Çempionlar Liqasında B qrupunda yer alan “Eczaçıbaşı Dynavit İstanbul” (Türkiyə) və “Martiza Plovdiv” (Bolqarıstan) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Bu gün təşkil olunacaq oyunun hakimləri yunanıstanlı Vasileios Vasileiadis və serbiyalı Dejan Rogiç olacaq.