Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən güləş üzrə beynəlxalq “Təhsil” turniri davam edir.
Turnirdə Azərbaycanla yanaşı, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Fransa, Hindistan və Türkmənistandan U-15 və U-17 yaş qrupları üzrə 500-ə yaxın idmançı mübarizə aparır. Yarışda U-15 yaş qrupunda yunan-Roma güləşi üzrə mübarizəyə start verilib.
Görüşlərdən sonra 5 çəki dərəcəsi üzrə qaliblərin adlarına aydınlıq gəlib.Gərgin mübarizə şəraitində keçən yarışda Yusif Mirzəyev (38 kq), Elmir Abbasov (44 kq), Orxan Həbibli (52 kq), Nihad Məhərrəmov (62 kq) və Zöhrab Səfərov (75 kq) bütün əqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.
Turnirə dekabrın 11-də yekun vurulacaq.