Bu gün 18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxacaq. Komandamız Gürcüstanın Telavi şəhərində keçiriləcək oyunda Estoniya voleybolçuları ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.
Xatırladaq ki, komandamız daha əvvəl Polşa, Ukrayna və Latviya komandalarına 3:0 hesabı ilə məğlub olub.
Qeyd edək ki, turnirin qalibi AVRO-2024-ün final mərhələsində oynamaq hüququ qazanacaq.