EEVZA: komandamız Estoniya yığmasına məğlub oldu

EEVZA: komandamız Estoniya yığmasına məğlub oldu

18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb. Komandamız Gürcüstanın Telavi şəhərində keçirilən oyunda  Estoniya yığması ilə qarşılaşıb. Görüş Üstoniya voleybolçularının qələbəsi ilə yekunlaşıb - 1:3 (25:23, 13:25, 14:25, 21:25).

Xatırladaq ki, komandamız daha əvvəl Polşa, Ukrayna və Latviyaya komandaları ilə qarşılaşıb və meydanı 0:3 hesablı məğlubiyyətlə tərk edib.