18 yaşadək voleybolçu oğlanlar arasında keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatı başa çatıb. Gürcüstanın Telavi şəhərində təşkil olunan yarışda mübarizə aparan komandamız dekabrın 9-da son oyununa çıxıb. Komandamız Gürcüstan təmsilçi ilə üz-üzə gəlib və 3:2 hesabı ilə məğlub olub.
“AVRO-2024”ə seçmə xarakteri daşıyan yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna, Latviya, Estoniya və Polşa kollektivləri də iştirak edib.
Xatırladaq ki, komandamız bundan əvvəl keçirdiyi digər oyunlarda da meydanı məğlubiyyətlə tərk etmişdi.