Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə yeri və vaxtı dəqiqləşib. Ölkə çempionatının növbəti matçları dekabrın 10-da təşkil olunacaq.
Günün ilk qarşılaşması “Murov Az Terminal” və “Xarı Bülbül Şuşa” komandaları arasında olacaq. Görüş saat 15:00-da başlayacaq. Ardınca saat 18:00-da isə “Azerreyl” komandası “Xarı Bülbül Laçın”la üz-üzə gələcək.
Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.