Cənub bölgəsində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışları əhali tərəfində böyük maraqla qarşılanır. Bu münasibətlə Cəlilabad məktəblilər arasında keçirilən və gərgin mübarizə şəraitində başa çatan voleybol idman növü üzrə rayon turniri də məhz belə yarışlardan biridir. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayonu üzrə Gənclər və İdman sektorunun, Cəlilabad rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən turnirdə 22 komanda qalib adı uğrunda yarışıb.
Yekunda Uzuntəpə kənd 1 saylı tam orta məktəbin komandası bütün rəqiblərini üstələyərək birinci yerə sahib çıxıb. İkinci yeri Həziabad məktəbliləri tutublar. Bəcirəvan kənd tam orta məktəbin komandası isə üçüncü yerlə kifayətlənib.
Qaliblər kubok, diplom və medallarla təltif olunublar.