Paris-2024: olimpiadada Rusiya və Belarus idmançıları da iştirak edəcək

Paris-2024: olimpiadada Rusiya və Belarus idmançıları da iştirak edəcək

Beynəlxalq Olimpiya Komitəsi (BOK) rəsmi saytında Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək Rusiya və Belarus idmançılarının sayı ilə bağlı yenilənmiş məlumatı dərc edib. Təşkilatın açıqlamasında bildirilir ki, altı rusiyalı və beş belaruslu idmançı gələn il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında neytral statusda iştirak etmək üçün lisenziya alıblar. Bundan əvvəl Paris-2024-ə səkkiz rusiyalı və üç belaruslu atletin vəsiqə qazandığı bildirilir. Xatırladaq ki, dekabrın 8-də BOK olimpiadaya vəsiqə qazanacaq Rusiya və Belarus idmançılarının Paris Olimpiadasına neytral statusda buraxılacağını elan edib. Bununla belə, idmançılar lisenziya almaq üçün bir sıra meyarlara cavab verməlidirlər. 

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları gələn il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.