Klublar bu il futbol agentlərinə nə qədər pul xərcləyib?

Klublar bu il futbol agentlərinə nə qədər pul xərcləyib?

Klublar 2023-cü ildə futbol agentlərinə rekord məbləğdə 888,1 milyon dollar xərcləyib. FİFA-nın verdiyi məlumata görə, futbol klubları agentlik komissiyalarına rekord məbləğ ödəyib. Agentlik xidmətlərinə xərclənən məbləğ 2022-ci ildən 42,5 faiz artaraq (623,2 milyon dollar) ən yüksək həddi müəyyənləşdirib. Ən çox agent qonorarı İngiltərə klubları tərəfindən ödənilib - 280 milyon. Xərclərə görə ikinci yerdə Səudiyyə Ərəbistanı klubları qərarlaşıb - 86 milyon.