İspaniya La Liqasında möcüzə göstərən “Jirona"nın baş məşqçisi Miçel Sançez "Barselona"ya baş məşqçi təyin oluna bilər. Belə ki, 48 yaşlı ispaniyalı mütəxəssisin agenti oktyabr ayından bəri klub nümayəndələri ilə üç görüş keçirib. Kataloniyalılar Miçel cari mövsüm başa çatdıqdan sonra komandada görmək barəsində onda razılıq alıblar. Hazırki baş məşqçi Xavi istefaya göndərilsə, Miçel gələnə qədər “Barselona B”ni çalışdıran Rafael Markes əsas komandanın baş məşqçisi vəzifəsini icra edəcək.
“Barselona” Miçeldən əl çəkmir