Ərəblər yenidən “Real”a müraciət ediblər

Ərəblər yenidən “Real”a müraciət ediblər

Madrid "Real"ının müdafiəçisi David Alaba Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun maraq dairəsinə düşüb. Bu barədə “Relevo” saytı xəbər verib. Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanı çempionatının klubu avstriyalı müdafiəçiyə mövsüm üçün təxminən 20 milyon avro ödəməyə hazırdır.

Qeyd olunur ki, Alaba özü "Real”dan ayrılmaq niyyətində deyil. O, Avropanın ən yaxşı turnirlərində çıxışını davam etdirmək istəyir. "Los Blancos"un baş məşqçisi Karlo Ançelotti də müdafiəçisi ilə yollarını ayırmaqda maraqlı deyil. O, Alabanı “Kral klubu”nun əsas oyunçularından biri hesab edir.

Məlumat üçün bildirək ki, David Alaba "Real”a keçən yay "Bavariya"dan azad agent kimi keçib. Bu mövsüm müdafiəçi komandanın heyətində bütün turnirlərdə 16 oyun keçirib, iki məhsuldar ötürmə edib. Futbolçunun Madrid klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 40 milyon avrodur.