"Qarabağ" klubu Azərbaycan futbol tarixində ilk dəfə olaraq UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. H qrupunda yer alan komandamız buna qrup mərhələsinin sonuncu -altıncı turu çərçivəsində Bakıda keçirilən “Hekken”lə (İsveç) oyunda qazandığı qələbə sayəsində nail olub. Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan qarşılaşmada rəqibini 2:1 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası adını pley-offa yazdırıb. “Qarabağ”ın heyətində hesabı 1-ci dəqiqədə Leandro Andrade açıb. İlk hissənin sonlarında “Köhlən atlar” üstünlüyünü bir qədər də artırıblar. 45+3-cü dəqiqədə Yassin Benzia qol müəllifi olub -2:0.
Oyunun sonlarına yaxın rəqib komanda buraxılan qollardan birinin əvəzini çıxıb. Bədavi Hüseynov avtaqola imza atıb. Beləliklə, oyunda 2:1 hesablı qələbə qazanan “Qarabağ” 10 xalla qrup ikincisi kimi pley-offa adlayıb.
Bu qrupun digər oyununda isə Almaniyanın "Bayer" klubu doğma meydanda Norveçin "Molde" komandasını böyük hesabla məğlub edib -5:1. Bundestim təmsilçisiqələbə sayəsində18 xalla qrupulider kimi başa vurub.
Qrupu 7 xalla başa vuran "Molde" isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.