““İnter” “Atletiko”dan qorxmamalıdır”

““İnter” “Atletiko”dan qorxmamalıdır”

İtaliya millisinin sabiq müdafiəçisi Corcio Kyellini "İnter"in Çempionlar Liqasının 1/8 final mərhələsindəki mümkün rəqibləri haqqında fikirlərini bölüşüb. “İnter” kimi komanda “Atletiko”dan qorxmamalıdır. Amma “Real”, “Bavariya” və “Mançester Siti”dən ehtiyatlı olmaq lazımdır”, – deyə “Sky Sport Italia”ya bildirib.

 Xatırladaq ki, “Milan” Çempionlar Liqasının qrupunda ikinci yeri tutub. Komandanın 1/8 final mərhələsində rəqibləri “Bavariya”, “Borussiya” (hər ikisi Almaniya), “Mançester Siti”, “Arsenal” (hamısı İngiltərə), “Real”, “Atletiko”, “Barselona” (hamısı – İspaniya) ola bilər. Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi dekabrın 18-də İsveçrənin Nyon şəhərində keçiriləcək.