Qarışıq döyüş növləri üzrə döyüşçü amerikalı Kolbi Kovinqton qarşıdakı döyüşdə rəqibi britaniyalı Leon Edvardı təhqir edib. Mətbuat konfransı zamanı Kovinqton Edvardsın mərhum atasını söyüb. “Döyüş gecəsində səni heç vaxt olmaq istəmədiyin yerə aparacağam. Mən səni cəhənnəmin yeddinci qatına sürükləyəcəm. Hətta orada atana da salam deyə bilərik”, - deyə Kovinqton bildirib. Ümumilikdə, Kovinqton qarışıq döyüş növləri üzrə 20 döyüş keçirib, bu döyüşlərdə 17 qələbə qazanıb və üç məğlubiyyət alıb. Edvards isə 25 döyüş keçirib. 21-dəfə qalib gəlib, üç dəfə məğlubiyyətlə üzləşib. Onun iştirakı ilə keçirilən bir döyüş etibarsız sayılıb.
Qeyd edək ki, UFC 296-da Kolbi və Leon arasında döyüş dekabrın 17-də Las-Veqasda (ABŞ) keçiriləcək.