"Roma"nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasında "Şerif" üzərində qazanılan qələbəni (3:0) şərh edib. "İkinci yeri tutmağımız öz günahımızdır. Praqada “Slaviya” ilə bir dəhşətli çıxışımız oldu -0:2. Bu bizim planlarımızı məhv etdi. Ev oyunlarında qalib gəldik və iki layiqli səfər oyunu keçirdik. Bəli, qrupda ikinci yeri tutduq. Lakin Çempionlar Liqasından kənarlaşdırılan komandalar Romaya gəlməkdən məmnun olmayacaqlar”, - Mourinyo “Sky Sport Italia”ya müsahibəsində bildirib.