Rebekka Uelç İngiltərə Premyer Liqasının oyununu idarə edən ilk qadın hakim olacaq. Bu barədə Premyer Liqanın saytı məlumat yayıb. Uelç Premyer Liqanın 18-ci turu çərşivəsində dekabrın 23-də keçiriləcək "Fulhem" - "Bernli" matçının baş hakimi olacaq. Qeyd edək Rebbeka 2021-ci ildə həmçinin İngiltərə çempionşipində hakimlik edən ilk qadın kimi tarixə düşüb. Bundan əlavə, yaxın günlərdə Sem Ellison son 15 ildə Premyer Liqa matçını idarə edən ilk qaradərili hakim olacaq. Bu tarixi an “Şeffild Yunayted” – “Luton” oyununda (26 dekabr) baş verəcək.