İlin ən yaxşı qol müəllifi kim olacaq?

İlin ən yaxşı qol müəllifi kim olacaq?

FİFA “Ferenç Puşkaş” mükafatına namizədlərin adlarını açıqlayıb. FİFA-nın rəsmi saytı ilin ən gözəl qolu üçün “Ferenç Puşkaş mükafatına üç namizədin adını açıqlayıb. Bunlar "Brayton"dan olan paraqvaylı Julio Enciso (Premyer Liqada "Mançester Siti"yə vurduğu qol), braziliyalı Gilyerme Madruqa (yerli B Seriyasında vurduğu qol) və "Sportinq"in yarımmüdafiəçisi Nuno Santos (Portuqaliya çempionatında "Boavişta"ya vurduğu qol) olacaq.

Məlumat üçün bildirək ki, bu qolların hamısı 19 dekabr 2022-ci il və 20 avqust 2023-cü il tarixləri arasında vurulub. Qeyd edək ki, 2023-cü ilin ən yaxşılarının təqdimetmə mərasimi gələn il yanvarın 15-də Londonda keçiriləcək.