İspaniyanın AS nəşri Çempionlar Liqasının 2023/24 mövsümünün qrup mərhələsinin yekunlarına görə, UEFA-dan ən böyük pul mükafatı alan on komandanın adını açıqlayıb. Mənbənin məlumatına görə, zirvədə birinci yeri 79,8 milyon avro pul mükafatı toplayan Madrid “Real”ı tutub. İkinci yerdə 76,6 milyon avro ilə "Bavariya" qərarlaşıb. Üçüncü yer 76,4 milyon avro ilə “Mançester Siti”yə məxsusdur. Daha sonra bu reytinqdə komandalar aşağıdakı kimi yerləşib:
Barselona (İspaniya) - 71,5 milyon avro.
Atletiko Madrid (İspaniya), 71 milyon.
PSJ (Fransa), 63,8 milyon avro.
“Porto” (Portuqaliya) - 63,5 milyon.
“Borussiya” Dortmund (Almaniya) - 63,5 milyon avro.
Arsenal (İngiltərə) - 63,3 milyon avro.
"Napoli" (İtaliya) - 58 milyon avro.