Çövkən milli atüstü oyunu üzrə Prezident Kubokuna start verilib. Turnirin açılış günündə dörd oyun keçirilib.
İlk qarşılaşmada “Köhlən” komandası “Şirvan”ı 5-1 hesabı ilə məğlub edib . İkinci matçda “Embavood” “Zəfər” komandasına 3 cavabsız qolla qalib gəlib. Üçüncü görüşdə “Sərhədçi-Dilbaz” “Omar”ı üstələyib - 3-1.
Günün mərkəzi oyununda isə “Polad” və “Sərhədçi-Qarabağ” üz-üzə gəlib. Oyun "Polad" komandasının 3-1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu gün start götürən Prezident Kubokuna dekabrın 23-də yekun vurulacaq.