Qadın həndbolçular arasında Azərbaycan çempionatında V tura start verilib. İlk gündə “AHF Arena” İdman Kompleksində iki oyun keçirilib.
Lider “Qarabağ” yoluna itkisiz davam edir. Adı çəkilən komanda autsayderlər zonasında qərarlaşan “Bakı”nı asanlıqla məğlub edərək (41:12), ardıcıl 5-ci qələbəsini qazanıb.
“İdman Akademiyası” ilə “Gənclər Birliyi” arasında baş tutan mübarizədən isə birincilər qalib ayrılıblar. Rəqibinə 20:28 hesabı ilə uduzan “Gənclər Birliyi” bu dəfə də xala həsrət qalıb.
Qeyd edək ki, qadınların yarışında turun son oyunu dekabrın 16-da “Azəryol”la “Kür” arasında keçiriləcək. Dekabrın 16-17-də isə kişilər arasında ölkə çempionatında V turun qarşılaşmaları gerçəkləşəcək.