İspaniyanın "Barselona" klubunun baş məşqçisi Xavi istefa verəcəyi ilə bağlı söz-söhbətlərə aydınlıq gətirib. 43 yaşlı mütəxəssis komandadan ayrılmayacağını, növbəti mövsümdə də klubla yeni hədəflərinin olduğunu bildirib. "Kataloniya klubundan istefa vermək barədə düşünmürəm. Yaxşıyam və əla mövsüm keçirdiyimizi düşünərək həyəcanlanıram. Klubun layihəsinə və oyunçularımıza hər zamankından daha çox inanıram", - deyə ispaniyalı baş məşqçi qeyd edib.
Xavi istefası ilə bağlı məsələlərə aydınlıq gətirdi