Premyer Liqa: "Zirə" Tovuz səfərində də xal itirdi 

Premyer Liqa: "Zirə" Tovuz səfərində də xal itirdi 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində daha bir oyun keçirilib. Günün yeganə oyununda "Zirə" klubu Tovuz Şəhər Stadionunda "Turan Tovuz"un qonağı olub. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb -0:1. “Turan Tovuz”un heyətində qələbə qolunu matçın 76-cı dəqiqəsində Fərid Nəbiyev vurub. 8-ci pillədə qərarlaşan meydan sahibləri bu qələbə ilə xallarının sayını 19-a çatdırıb. Qəsəbə təmsilçisi isə 29 xalla 2-ci pillədə yer alır.

Tura dekabrın 18-də keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu ilə yekun vurulacaq.