Yeniyetmə boksçularımız Avropa birinciliyindən 4 medalla dönür

Yeniyetmə boksçularımız Avropa birinciliyindən 4 medalla dönür



Rusiyanın Anapa şəhərində keçirilən yeniyetmələr arasında boks üzrə Avropa birinciliyinə yekun vurulub. Azərbaycan idmançıları yarışda 3 gümüş və 1 bürünc medala sahib olublar. Finala vəsiqə qazanmış hər 3 boksçumuz həlledici görüşdə rusiyalı rəqibinə uduzub. Rüfət Hüseynov (46 kq) Maqomed Maqomedbekova, Tayfur Əliyev (52 kq) Tamerlan Xanqişiyevə, Hüseyn Tarverdili (70 kq) isə Vladimir Xarçenkoya məğlub olub. Hüseyn Tarverdilinin (70 kq) yarımfinaldakı qələbəsi daha əlamətdar olub. Həmyerlimiz Ermənistan idmançısı Vardan Kosyanı məğlub edərək, finala yüksəlib. Qeyd edək ki, komandamızın üzvü Ümüd Hüseynov (50 kq) Avropa birinciliyinin bürünc medalına layiq görülüb. Yarışda ölkəmizi hakim kimi Mehman Mürsəlov təmsil edib.