Futbol üzrə İspaniya La Liqasında 17-ci turun oyunları davam edir. Günün maraqla gözlənilən oyunlarından biri Mestaliada “Valensiya” və “Barselona” komandaları arasında olub. Oyunda hesabı matçın 55-ci dəqiqəsində kataloniyalılar açıblar. Joau Feliks fərqlənərək “Barselona”nı hesabda önə keçirib. Qarşılaşmanın 70-ci dəqiqədə isə meydan sahibləri hesabı bərabərləşdirməyə müvəffəq olublar. Uqo Qilyamonun vurduğu qol həm də matçın yekun hesabını müəyyənləşdirib -1:1. Beləliklə, səfərdən 1 xalla qayıdan Kataloniya təmsilçisi aktivindəki xalların sayını 35-ə çatdıraraq üçüncü pilləyə yüksəlib. “Yarasalar” isə 20 xalla 10-cudur.