Sabah Azərbaycam çempionatına start veriləcək

Sabah Azərbaycam çempionatına start veriləcək

 

Sabah sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına start veriləcək. Üç gün davam edəcək yarış Bakı İdman Sarayında keçiriləcək. Çempionatın açılış mərasimi dekabrın 19-da saat 16:00-da başlayacaq. Görüşlər hər gün saat 10:00-da start götürəcək. Sabah sərbəst güləş üzrə 57 kq, 61 kq, 65 kq, 70 kq, 74 kq və 79 kq-da qaliblər müəyyənləşəcək. Dekabrın 20-də sərbəst güləş üzrə 86 kq, 92 kq, 97 kq və 125 kq, yunan-Roma güləşi üzrə isə 55 kq, 60 kq və 63 kq-da görüşlər keçiriləcək. Çempionatın son günündə isə yunan-Roma güləşi üzrə 67 kq, 72 kq, 77 kq, 82 kq, 87 kq, 97 kq və 130 kq-da ən güclü idmançıların adına aydınlıq gələcək.