Formula 1 üzrə “Red Bull” komandasının məsləhətçisi Helmut Marko Avstriya komandasındakı gələcəyi ilə bağlı sualı cavablandırıb. Helmut Markonun sözlərinə görə, bu məqam bu həftə müzakirə olunacaq. “Məsləhətçi vəzifələrimi intensiv şəkildə yerinə yetirməyə davam edəcəyəmmi? Gələn həftə bu məsələ ilə bağlı danışıqlaraparılacaq”, - deyə “oe24.at” saytına bildirib.
Qeyd edək ki, Helmutun hazırda 80 yaşı var. 2023-cü il Formula 1 mövsümündə mütəxəssisin Avstriya yarış komandasını tərk edə biləcəyi barədə dəfələrlə məlumat yayılıb. Eyni zamanda, Marko özü də bu barədə yaranmış şayiələrin haradan gəldiyini bilmədiyini bildirib.
Xatırladaq ki, ötən mövsüm “Red Bull” Mühəndislər kubokununu qalibi olub.