“Honda Racing Corporation”in YouTube kanalında Maks Verstappenin unikal “Honda CR-V Hybrid Racer” krossoverindəki yarışlarına həsr olunmuş videoçarx yayılıb. Yarışlar müntəzəm olaraq NASCAR Kuboku Seriyasına ev sahibliyi edən “Homestead”da dairəsində təşkil edilib. Formula 1 çempionu keçmiş “IndyCar” sürücüsü Ceyms Hinçşlif tərəfindən təlimatlandırılıb.
Məlumat üçün bildirək ki, “Honda CR-V Hybrid Racer” 2023-cü ilin fevralında təqdim edilib. Avtomobil CR-V istehsalı olan banln yalnız yuxarı hissəsinə malikdir və onun böyük hissəsi karbon lifindən yaradılıb. Avtomobil həmçinin “IndyCar” avtomobilinin asma komponentlərindən istifadə edir, bəzi hissələr isə “Acura NSX GT-3 Evo”dan götürülüb. Avtomobilin mühərriki arxada yerləşir və o, iki turbomühərrikli 2,2 litrlik “Honda Indy V6”dır. Elektrik mühərrikini gücü 800 at gücüdür.