Cəlilabadda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst-güləş üzrə turnir keçirilib. Şəhər Mərkəzi Stadionunun güləş zalında təşkil olunan yarışda 11 çəki dərəcəsi üzrə 71 yeniyetmə idmançı qalib adı uğrunda mübarizə aparıb. Turnirin qalibləri Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.
Sərbəst güləş üzrə yarışlara yekun vurulub