Bəhreyn Krallığının sərvət fondu olan “Mumtalakat Holdinq” şirkəti “McLaren Group” ilə müqavilə bağlamağa hazırlaşır. “Sky News”in verdiyi məlumata görə, Fond “McLaren Group”un bütün səhmlərinə sahib olmaq istəyir. Bu həftə tərəflər arsında müqavilə imzalanacaq. Xatırladaq ki, son Formula 1 mövsümünün sonunda “McLaren” mühəndislər çempionatında 302 xal toplayaraq dördüncü yeri tutub. Kuboku isə 860 xal toplayan Avstriyanın “Red Bull” komandası qazanıb.
“McLaren” satılıb