Azərbaycan çempionatında daha 7 çəkidə qaliblərin adına aydınlıq gəlib

Azərbaycan çempionatında daha 7 çəkidə qaliblərin adına aydınlıq gəlib

Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı davam edir. Bakı İdman Sarayında keçirilən yarışın 2-ci günündə sərbəst güləş üzrə mübarizəyə yekun vurulub, həmçinin yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar.

Ümumilikdə 7 çəkidə qaliblər müəyyənləşib.

Sərbəst güləş yarışlarında Maqomed-Taxir Xaniyev (86 kq, AGF), Şamil Zubairov (92 kq, AGF), Hacımurad Maqomedsaidov (97 kq, AGF), Vaxit Qalayev (125 kq, AGF) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Klassiklərin mübarizəsində isə Rəşad Məmmədov (55 kq, Şəmkir, “Neftçi”), Nihad Quluzadə (60 kq, “Neftçi”), Ziya Babaşov (63 kq, Cəlilabad, “Neftçi”) qızıl medala layiq görülüb.
Qeyd edək ki, sabah yunan-Roma güləşi üzrə son 7 çəkidə Azərbaycan çempionları müəyyənləşəcək.