Formula 1 üzrə ikiqat dünya çempionu və “Aston Martin” komandasının sürücüsü ispaniyalı Fernando Alonso mövsümlərarası fasilədə keçirdiyi əyləncədən danışıb. O bildirib ki, İspaniyanın Asturiya bölgəsində yerləşən şəxsi kartinq trekində məşq edib. “Məşq günü və dövrə rekordu. 2017-ci ildən başlayan yol.”, - Alonso özünün sosial şəbəkə hesabında yazıb.
Xatırladaq ki, 42 yaşlı Alonso son Formula 1 çempionatında 4-cü olub. Səkkiz dəfə podiuma yüksələn ispaniyalı “Ferrari” dən Çarlz Leklerlə eyni xal toplasa da, əlavə göstəricilərinə görə rəqiblərin qabaqlayıb.