Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub.
Bakı İdman Sarayında keçirilən yarışın son günündə yunan-Roma güləşi üzrə son 7 çəkidə qaliblər müəyyənləşib.
Gərgin mübarizə şəraitində keçən görüşdə Seymur Qasımov (67 kq, Qusar), Ruslan Nurullayev (72 kq, Cəlilabad), Xasay Həsənli (77 kq, Neftçi), Tuncay Vəzirzadə (82 kq, UGİM-9), İslam Abbasov (87 kq, Qubadlı, “Neftçi”), Murad Əhmədiyev (97 kq, Balakən, “Sərhədçi”), Beka Kandelaki (130 kq, AGF) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.