Üç Olimpiya çempionu bir arada

"Top Bank” promouter şirkətinin rəhbəri Bob Arumun sözlərinə görə, fevral ayında möhtəşəm "boks gecəsi” təşkil olunacaq. Çinin Makao şəhərinin ev sahibliyi edəcəyi şouda boks üzrə üç Olimpiya çempionu - çinli Çzou Şimin, ukraynalı Vasili Lomaçenko və rusiyalı Yuqor Mexontsev iştirak edəcəklər. "Boks gecəsi”ndə maraqlı bir döyüşün keçiriləcəyi də gözlənilir. Həmin döyüş İBF versiyası üzrə dünya çempionu, 26 yaşlı meksikalı Migel Valkeslə, rusiyalı Denis Şafikov arasında olacaq. Qeyd edək ki, 28 yaşlı rusiyalı boksçu indiyə qədər keçirdiyi heç bir qarşılaşmada məğlub olmayıb.