Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş taekvondo üzrə ölkə birinciliyi və çempionatında yeniyetmələrin mübarizəsinə yekun vurulub. Taekvondoçular yeni qaydalara uyğun boylarının ölçülərinə (148 sm-dən 180 sm-dək) əsasən yarışıblar.
Qaliblər diplom və medallarla mükafatlandırılıblar. Qeyd edək ki, Azərbaycan çempionatı dekabrın 28-də başa çatacaq.