Güləşçilərimiz ilin ilk yarışına Xorvatiyada start verəcəklər. Yanvarın 10-dan 15-dək keçiriləcək “Zaqreb Open” turnirində ölkəmiz güləşin hər üç növündə təmsil olunacaq. 2024-cü ilin ilk beynəlxalq yarışında milli komandaların ümumilikdə 28 üzvü qüvvəsini sınayacaq.
Azərbaycanı sərbəst güləş yarışlarında 6 çəki dərəcəsində 9 idmançı təmsil edəcək. Klassiklərin yarışında isə komandamız 9 çəki dərəcəsində 13 idmançı ilə mübarizə aparacaq.
Xorvatiya sınağında həmçinin qadın güləşi üzrə millimiz də yarışacaq. Yığmamızın heyətində 6 qadın idmançısı mükafatlar uğrunda xalça üzərinə çıxacaq.