Taekvondo üzrə qadın yığmasına koreyalı mütəxəssis gətirilib 

Taekvondo üzrə qadın yığmasına koreyalı mütəxəssis gətirilib 

Taekvondo üzrə qadınlardan ibarət milli komandaya yeni böyük məşqçi təyin olunub.

Bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

Təyinata əsasən, Azərbaycan Taekvondo Federasiyasında qadınlardan ibarət yığma komandanın böyük məşqçisi vəzifəsinə koreyalı mütəxəssis Seulbi Li gətirilib.