Dünya Taekvondo Federasiyası Rusiya və Belarus idmançılarına təşkilat tərəfindən tanınan bütün turnirlərdə iştirak etməyə icazə verib. Bu barədə Dünya Taekvondo komandasının mətbuat xidməti məlumat yayıb. Bu ölkələrin idmançıları yarışlara neytral statusda qoşulacaqlar.
Xatırladaq ki, Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlarda iştirakı 2022-ci il martın 3-dən qadağan edilib.