Azərbaycanın 3 parataekvondoçusu Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb. Bununla bağlı Dünya Taekvondosu rəsmi məktub göndərib. Belə ki, Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) reytinq cədvəlinə əsasən bu il Parisdə keçiriləcək Paralimpiya Oyunlarına vəsiqə əldə ediblər. Onların hər üçünün qarşıdakı yarışların nəticəsindən asılı olmayaq, “altılıq”da yer alacağı rəsmiləşib.
Parataekvondoçularımız Fransa paytaxtında K-44 kateqoriyasında mübarizə aparacaqlar.