Qadın voleybolçular arasında Azərbaycan çempionatında VIII turun oyunlarına yekun vurulub.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmərindən verilən məlumata görə, son oyunda “Gəncə” və UNEC komandaları qarşılaşıb.
Tovuz Olimpiya İdman Kompleksində təşkil olunan oyun “Gəncə” komandasının qələbəsi ilə başa çatıb - 3:0 (25:11, 25:15, 25:16).
Turun əvvəlki oyunlarında “Milli Aviasiya Akademiyası” “Abşeron”u 3:0, “Murov Az Terminal” “Azərreyl”i 3:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turnir cədvəlinə 19 xalla “Azərreyl” komandası başçılıq edir. “Abşeron” 18 xalla 2-ci, “Murov Az Terminal” isə 17 xalla 3-cüdür. Aktivində 12 xalı olan “Gəncə” 4-cü, “Milli Aviasiya Akademiyası” 6 xalla beşinci, xalı olmayan UNEC isə sonuncu pillədə qərarlaşıb.