Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turnirinə yanvarın 14-də yekun vurulub. Güləşin hər üç növündə ümumilikdə 26 idmançı ilə təmsil olunan komandamız reytinq xarakterli turnirdə 2 qızıl və 5 bürünc medal qazanıb. Qızıl medallara yunan-Roma güləşçilərimizdən Ülvü Qənizadə (72 kq) və Sənan Süleymanov (77 kq) sahib çıxıb.
Bürünc medallara isə yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq), həmçinin qadın güləşçimiz Alyona Kolesnik (59 kq) yiyələnib.