Bu gün Türkiyənin Antalya şəhərində stolüstü tennis üzrə "WTT Youth Contender” beynəlxalq turnirinə start verilib. Yarışda Azərbaycanın üç idmançısı da mübarizə aparacaq. Komandamız ilin ilk beynəlxalq yarışında məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə altında Adil Əhmədzadə, Mərziyyə Nurmətova və Aylin Əsgərova ilə təmsil olunacaq.
Turnirə yanvarın 19-da yekun vurulacaq.
Qeyd edək ki, stolüstü tennisçilərimiz ötən il "WTT Youth Contender” seriyalı yarışlarda 16 medal qazanıblar.