“Mançester Yunayted” rəhbərliyi klubun hazırkı müdafiə xəttini yeniləməyi planlaşdırır. ESPN məlumatına görə, “qırmızı şeytanlar”ın yeganə toxunulmaz müdafiəçisi Lisandro Martinezdir. Qalan mərkəz müdafiəçiləri - Rafael Varan, Conni Evans, Viktor Lindelof və Harri Maquayr gələn yay satışa çıxarılacaq. “Mançester Yunayted”in onların əvəzinə “Everton”dan ingiltərəli müdafiəçi Cerred Bretveyti, “Bavariya”dan niderlandlı Matiys de Ligti və “Nitsa”dan fransalı Jan-Kler Todibonu heyətə cəlb etməyə çalışacaq.
Xatırladaq ki, “Mançester Yunayted” Premyer Liqanın 20 turundan sonra 32 xal toplayaraq 7-ci pillədə qərarlaşıb.