Kilian 15 gündür ki, susur

Kilian 15 gündür ki, susur

 

İspaniyalı jurnalist Fransua Qalardo özünün X sosial şəbəkəsində (keçmiş Twitter) PSJ və Fransa millisinin hücumçusu Kilian Mbappenin gələcəyi ilə bağlı yeni təfərrüatları paylaşıb. Jurnalist qeyd edib ki, Mbappe Madrid “Real"ı ilə bağlı tezliklə qərar verməlidir. Lakin Kilian 15 gündən artıqdır ki, "Kral klubu"nun nümayəndələri ilə əlaqə saxlamır. Gallardo onu da əlavə edib ki, Kilian Mbappe sonuncu dəfə şəxsi söhbət zamanı bildirib ki, o yekun qərarını martda verəcək.