Kanadalı futbolçu klubdan xəbər gözləyir

Kanadalı futbolçu klubdan xəbər gözləyir

Münhen "Bavariya"sı 23 yaşlı sol cinah müdafiəçisi Alfonso Deyvisi bu yay mütləq satmaq qərarına gəlib. Bild xəbər verir ki, yaxın aylarda “Bavariya” kanadalı oyunçunun agentləri ilə danışaqılar başlayacaq. Deyvisin maaş gözləntiləri bu danışıqların nəticəsindən asılı olacaq. Xatırladaq ki, Madrid “Real»ı Devislə maraqlanırdı. Bu mövsüm kanadalı müdafiəçi bütün turnirlərdə 25 matçda iştirak edib və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.