Yaponiya-İndoneziya matçı həlledici olacaq

Yaponiya-İndoneziya matçı həlledici olacaq

Yanvarın 24-də Asiya Kubokunda iki qarşılaşma keçiriləcək. Saat 15:30-da başlayacaq D qrupunun görüşlərində İraq Vyetnamla, Yaponiya isə İndoneziya yığması ilə üz-üzə gələcək. Məlumat üçün bildirək ki, D qrupunda turnir cədvəlinə İraq yığması başçılıq edir. Komanda iki görüşdə altı xal toplayıb. Yaponiya və İndoneziya hərəyə üç xal qazanıb. Vyetnam komandasının isə xalı yoxdur.