Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionatında daha bir oyun keçirilib. XX turun və ikinci dövrənin son matçında “Abşeron” və “Azərreyl” komandaları qarşılaşıb. Oyun “Azərreyl” komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu oyunda ölkə çempionatı tarixində ilk dəfə “Challenge” sistemi tətbiq olunub.
Beləliklə, “Azərreyl” 24 xalla (8 qələbə) turnir cədvəlinə başçılıq edir. “Murov Az Terminal” 23 xalla (8 qələbə ) 2-ci, 21 xalla (7 qələbə) “Abşeron” 3-cü, “Gəncə” 13 xalla (4 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 9 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.