Bu gün Portuqaliyanın Odivelaş şəhərində cüdo üzrə Qran-Pri turnirinə start veriləcək.
Yarışın ilk günündə Azərbaycanın 9 idmançısı qüvvəsini sınayacaq.
Kişilərin mübarizəsində Balabəy Ağayev (60 kq), Turan Bayramov (60 kq), Yaşar Nəcəfov (66 kq) və Kamran Süleymanov (66 kq) tatami üzərinə çıxacaq.
Qadınların yarışında isə Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aydan Vəliyeva (52 kq), Fidan Əlizadə (57 kq) və Açelya Toprak (57 kq) mübarizə aparacaq.
Qran-Pri turnirinə yanvarın 28-də yekun vurulacaq.