Bu gün Yüksək Liqada üçüncü dövrəyə start veriləcək

Bu gün Yüksək Liqada üçüncü dövrəyə start veriləcək

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında 3-cü dövrəyə start veriləcək.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan oyunda “Milli Aviasiya Akademiyası” və “Gəncə” klubları üz-üzə gələcək. Oyun saat 15:00-da başlayacaq.

Günün digər oyunu isə saat “Murov Az Terminal” və “Abşeron” komandaları arasında olacaq. Saat 18:00-da başlayan oyun GİN-nin Voleybol Mərkəzində baş tutacaq.

Tura yanvarın 31-də “Azərreyl” - UNEC matçı ilə yekun vurulacaq. UNEC-in idman zalında təşkil olunacaq oyunun start fiti saat 18:00-da çalınacaq.