İdmançı komadan çıxıb

İdmançı komadan çıxıb


Ağır çəkili rusiyalı boksçu Məhəmməd Abdulsalamovun vəziyyəti normallaşmaq üzrədir. Bu barədə boksçunun promouteri Natan Levkoviç məlumat yayıb.
"Həkimlərin verdiyi xəbərə görə, Məhəmmədin vəziyyəti tədricən düzəlir. Ümid edirik ki, o, yaşamaq uğrunda mübarizədən qalib çıxacaq”, - deyə boksçunun promouteri bildirib.

Xatırladaq ki, buyaxınlarda Nyu-Yorkda kubalı boksçu ilə qarşılaşan Abdulsalamov xal hesabı ilə döyüşü uduzub. Qarşılaşma başa çatdıqdan sonra həkimlər onun beyninə qan sızdığını aşkarlayıblar. Qan ləkələri boksçunun beynindən təmizləndikdən o, komaya düşüb. Həkimlər Məhəmmədin komadan çıxmayacağını desələr də, hazırda vəziyyət yaxşıdır. Rusiyalı idmançı artıq özünə gəlib. Onun peşəkar boksdan birdəfəlik uzaqlaşacağı da dəqiqləşib.