Taekvondoçularımız beynəlxalq turniri 4 medalla başa vurdular

Taekvondoçularımız beynəlxalq turniri 4 medalla başa vurdular

Taekvondo üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərində keçirilmiş beynəlxalq turnirdə iştirak ediblər.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda 11 taekvondoçu ilə təmsil olunan komandamız turniri 4 medalla başa vurub.

G2 kateqoriyalı yarışda təmsilçilərimizdən Milad Beigi Harçeqani (87 kq) gümüş medala layiq görülüb.

Komandamızın digər üzvlərindən Cavad Ağayev (74 kq), Məryəm Məmmədova və Səmərrux Osmanova (hər ikisi 49 kq) isə bürünc medala sahib çıxıb.